Azinfo » Mədəniyyət və İdman » Idman » Atletika » Bakı iranlılara düşərli oldu - FOTO - YENİLƏNİB

Bakı iranlılara düşərli oldu - FOTO - YENİLƏNİB

Tarix : 31-05-2022   /   Mədəniyyət və İdman / Idman / Atletika  
Dünya Kuboku turnirində kişilər arasında tapançadan atəşaçma üzrə komanda yarışında qızıl medal qazanan İran komandasının üzvləri Bakıda keçirilən Dünya Kubokunun Olimpiya oyunları səviyyəsindən də yüksək olduğunu bildiriblər.

Cavad Foruxi deyib:


“Çempion olduğumuz üçün çox şadam. Həqiqətən, burada möhtəşəm şərait var. Sözün açığı, hisslərimi ifadə edə bilmirəm. Belə gözəl yarışda, möhtəşəm məkanda qalib olduğum üçün özümlə fəxr edirəm”.

Sacad Lafmejani qeyd edib: “Təəssüflər olsun ki, fərdi yarışlarda qələbə qazana bilmədik. Azərbaycanda keçirilən Dünya Kubokunda güclü idmançılar iştirak edir. Bu da bizə bir az çətinlik yaratdı. Atletlərin hamısı yüksək səviyyəli idmançılardır. Açığı, təşkilatçılıq Olimpiya oyunlarındakından da əladır. Elə ölkələr var ki, Dünya Kuboku yarışlarını normal keçirə bilmir. Azərbaycan bu baxımdan digərləri üçün örnəkdir. Həqiqətən, təşkilatçıların çox əziyyət çəkdiyini görürük. Buna rəğmən, hər şey mükəmməl səviyyədədir. Bu turnirdə iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Komanda yarışlarında qalib olmaq bizim üçün fəxrdir. Bir daha bildirim ki, yarışlar çox gərgin keçir. Hiss olunur ki, avropalı idmançılar artıq asiyalılara çatırlar”.

Məhəmmədrəsul Efati deyib: “Çempion olduğum üçün xoşbəxtəm. İtaliya ilə final matçı olduqca çətin keçdi. Demək olar ki, onlarla başa-baş mübarizə apardıq. Amma çempion olacağımıza əmin edim. Komanda yoldaşlarımla birgə əziyyət çəkərək çempion olduq. Bu da məni çox sevindirir. Azərbaycana belə möhtəşəm yarışı təşkil etdiyi üçün xüsusi təşəkkür edirəm”.

Şərhlər: 0

Şərh yaz