"Formula 1" üzrə Azərbaycan “Qran-pri”: İkinci sərbəst yürüşdə Şarl Lekler birinci olub

Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü sona çatıb.
Azinfo.az-ın məlumatına görə, yarışda ümumilikdə 10 komanda iştirak edib.
Ən yaxşı göstərici “Ferrari” pilotu Şarl Leklerə məxsus olub. Onun ardınca ikinci yeri “Red Bull”dan Serxio Peres, üçüncü yeri isə “Mercedes”in sürücüsü Lyuis Hemilton tutub.
Qeyd edək ki, günün əvvəlində baş tutan birinci sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull” pilotu Maks Verstappen göstərmişdi.
Azərbaycan Qran-prisi sentyabrın 15-də yekunlaşacaq.
Şərhlər: 0
Şərh yaz
