Azinfo » Mədəniyyət və İdman » Idman » Döyüş növləri » FHN əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

FHN əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Tarix : 06-06-2022   /   Mədəniyyət və İdman / Idman / Döyüş növləri  
Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, 30 ölkədən 250-dən çox idmançının mübarizə apardığı Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.

M-1 kateqoriyasında, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Babayev Avropa çempionatının gümüş medalını qazanıb.

Şərhlər: 0

Şərh yaz