Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » "Bavariya" 2019-cu ildən sonra ilk dəfə meydanı qolsuz tərk edib

"Bavariya" 2019-cu ildən sonra ilk dəfə meydanı qolsuz tərk edib

Tarix : 07-04-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  

“Bavariya”nın Çempionlar Liqasındakı qol seriyası qırılıb.

Azinfo.az Apasport.az saytının məlumatına görə, Münhen klubu 2019-cu ildən sonra ilk dəfə meydanı qolsuz tərk edib.

Bu, 1/4 finalın ilk oyununa təsadüf edib. Yulian Naqelsmanın yetirmələri səfərdə “Vilyarreal”ın qapısına yol tapa bilməyib.
Bununla da 30 matçlıq seriya qırılıb. “Bavariya” 2019-cu ilin fevralında “Liverpul”a qarşı keçirdiyi görüşdən sonra hər qarşılaşmada ən azı 1 qol vurub. Həmin oyun 0:0 hesabı ilə başa çatıb.

Şərhlər: 0

Şərh yaz