Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » “Fənərbaxça” yeni baş məşqçi ilə anlaşıb

“Fənərbaxça” yeni baş məşqçi ilə anlaşıb

Tarix : 25-04-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  

“Fənərbaxça”nın yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.

Türkiyə klubu Jorje Jezuşla anlaşıb.

“Sarı-lacivərdlilər”in prezidenti Ali Koç Lissabona yollanaraq, 68 yaşlı mütəxəssislə bir araya gəlib. Tərəflər arasında danışıqlar müsbət məcrada keçib və ilkin razılıq əldə olunub. Portuqaliyalı çalışdırıcının məşqçi korpusu ilə birlikdə illik qazancı 6 milyon avro təşkil edəcək. Jezuş yeni komandası ilə 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, son klubu “Benfika” olan Jorje Jezuş məşqçi karyerasında ölkə daxilində 3 dəfə Portuqaliya çempionluğunu, 6 dəfə kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb.

Şərhlər: 0

Şərh yaz