Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib

Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşib

Tarix : 03-05-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

“Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Oyun mayın 27-də keçiriləcək. Görüş saat 19:00 tarixinə təyin olunub.
Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

Şərhlər: 0

Şərh yaz