Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » FIFA “Qarabağ”ı təbrik edib

FIFA “Qarabağ”ı təbrik edib

Tarix : 11-05-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
“Qarabağ”ı 2021/22 mövsümündə Azərbaycan çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm”.

Bu barədə FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda “Qarabağ”ın Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrikini çatdırarkən bildirib.

İsveçrəli funksioner məktubunda bunları vurğulayıb: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə qazanmaq mümkün olmazdı və klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”.

Şərhlər: 0

Şərh yaz