Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » Azərbaycan millisi Belarusla oyunda heç-heçə edib

Azərbaycan millisi Belarusla oyunda heç-heçə edib

Tarix : 07-06-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.

Qarşılaşma Serbiyada keçirilib.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qarşılıqlı hücumlarla yadda qalıb.

Ounun 84-cü dəqqəsində komandamızın 19 nömrəli futbolçusu Qismət Alıyev rəqibə qarşı sərt oyuna görə, oyunun baş hakimi Məhəmməd Əl-Hakimi tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Matç boyunca hər iki tərəfin hesabı açmaq yönündəki istəyi baş tutmayıb və oyun 0 :0 hesabı ilə başa çatıb.

Bununla da Azərbaycan millisi qrupda iki oyuna bir xal toplamaqla Millətlər Liqasında ilk xalını qazanıb.

Qrupun digər oyununda Qazaxstan yığması səfərdə Slovakiyadan 1 :0 üstün olub.

Şərhlər: 0

Şərh yaz