Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb

Tarix : 13-06-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə dönüb.

Yığmanı daşıyan təyyarə saat 03:20 da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İdmançılar Hava Limanında böyük coşğu ilə qarşılanıb.

Futbolçuları azakeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri, incəsənət ustaları və mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, iyunun 11-də Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionundan üstün olaraq tarixi ilkə imza atıb.

Şərhlər: 0

Şərh yaz