Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » “Qəbələ” İsraildən yarımmüdafiəçi gətirib

“Qəbələ” İsraildən yarımmüdafiəçi gətirib

Tarix : 05-07-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
“Aşdod”un yarımmüdafiəçisi Fares Abu Akel Azərbaycana yollanıb.

Ancaq 25 yaşlı orta sahə oyunçusu öncədən deyildiyi kimi “Neftçi” ilə deyil, “Qəbələ” ilə müqavilə imzalayacaq. İsrailli futbolçu dünən gecə saatlarında ölkəmizə gəlib. Onun 3 ildir formasını geyindiyi “Aşdod”la sözləşməsi davam etsə də, rəhbərliyi ayrılığa razı sala bilib. Akelin “Qəbələ” ilə 1 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” yay fasiləsində hələlik İlkin Qırtımov, Felipe Santos və Səlahət Ağayevi transfer edib.

Şərhlər: 0

Şərh yaz