Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » Azərbaycan yığmasının məğlub olduğu komandaların sayı 53-ə çatıb

Azərbaycan yığmasının məğlub olduğu komandaların sayı 53-ə çatıb

Tarix : 30-03-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  

Latviya millisi tarixində ilk dəfə Azərbaycan yığmasına qalib gəlib.

Apasport.az saytının məlumatına görə, bununla da millimizin uduzduğu rəqiblərin sayı 53-ə çatıb.

Bunadək 52 komanda yığmamız üzərində qalibiyyətə sevinmişdi. Latviya millinin sevindirdiyi 53-cü rəqibi oldu. Hərçənd əvvəlki 4 matçda uduzmamışdıq.

Millimiz indiyədək 70 rəqiblə üz-üzə gəlib. Onlardan 53-nə uduzan komanda onların 76 faizinə məğlub olub.

Ən çox uduzduğumuz komandalar isə Uels, Portuqaliya, Finlandiya, Slovakiya və Macarıstandır. Onların hərəsi 7 qələbəsini Azərbaycan yığması üzərində qazanıb.

Şərhlər: 0

Şərh yaz