Azərbaycanlı futbolçu Polşa klubuna keçib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq müdafiəçisi Ricat Qarayev legioner həyatı yaşayacaq.
23 yaşlı sağ cinah oyunçusu Polşada çıxış edəcək.
O, “Şeçinek” klubuna transfer olunub. Qarayev yeni mövsümdən adıçəkilən komandanın heyətində Polşanın IV liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Ricat Qarayev ölkəmizdə “Şamaxı”, “Sumqayıt”, “Sabah” və “Neftçi”də çıxış edib.
Şərhlər: 0
Şərh yaz
