Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » İbrahimoviç karyerasını heç vaxt bitirməyəcəyini deyib

İbrahimoviç karyerasını heç vaxt bitirməyəcəyini deyib

Tarix : 31-07-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sosial şəbəkədə azarkeşlərinin suallarını cavablandırıb.

Abunəçilərdən biri futbolçudan peşəkar karyerasını nə vaxt bitirəcəyini soruşub.

“Heç vaxt. Mənsiz futbol öləcək”, - deyə İbrahimoviç cavab verib.

İsveçli hücumçu 2020-ci ildə “Milan”a qayıdıb. O, daha əvvəl 2010-2012-ci illərdə Milan komandasında çıxış edib.
İbrahimoviç “Milan”da İtaliya çempionu adını da qazanıb.

O, “Yuventus” (iki dəfə) və “İnter” (üç dəfə) ilə də eyni nailiyyət əldə edib.

Şərhlər: 0

Şərh yaz