Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Tarix : 06-10-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Misli Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” ilə oyunda ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in futbolçusu Qustavo de Fransa 1 matç cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” görüşündə hər iki klub cəzalanıb. 54-cü dəqiqədə komandaların azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klublar hərəyə 4000 manat cərimələnib.

“Sumqayıt”ın azarkeşləri “Kəpəz”lə matçın başlanmasına bir dəqiqə qalmış meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat ödəyəcək. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Gəncə klubu 800 manat ziyana düşüb.

Şərhlər: 0

Şərh yaz