Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində qadınlardan ibarət Azərbaycan milli komandası mübarizəsini uğurla davam etdirir.
Azinfo.az-ın məlumatına görə, millimiz Vyetnam yığması ilə qarşılaşıb və rəqib üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. Komandamız daha əvvəl Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə isə bərabərə qalıb. Hazırda 8 xala malik olan qadın komandamız turnir cədvəlində 11-ci pillədədir.
Vyetnamla keçirilən matçın nəticələri isə belədir:
- Le Thao Nguyen Pham – Günay Məmmədzadə: 1:0
- Ti Kim Pung Wo – Ülviyyə Fətəliyeva: 0:1
- Phuong Luong – Gövhər Beydullayeva: 0:1
- Ngoc Duong Bac – Xanım Balacayeva: 0,5:0,5