Azinfo » Mədəniyyət və İdman » Idman » Stolüstü oyunlar » Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Azərbaycanın 4 şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Tarix : 07-04-2022   /   Mədəniyyət və İdman / Idman / Stolüstü oyunlar  

Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

Azinfo.az Apasport.az saytının məlumatına görə, qitə birinciliyində şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib.

11 turdan 8 xal toplayan şahmatçımız yekun sıralamada 3-8-ci yerləri bölüşüb. Digər təmsilçilərimizdən hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.
Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Şərhlər: 0

Şərh yaz