Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Tarix Muzeyində Azərbaycan silahlarından ibarət sərgi açılacaq

Tarix Muzeyində Azərbaycan silahlarından ibarət sərgi açılacaq

Tarix : 06-05-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət  
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.
Muzeydən verilən xəbərə görə, 250-dən artıq eksponatın olduğu XVIII – XIX əsrlərə aid silahlar iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək.

Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və Bayraqlar, Xüsusi fondlarında mühafizə olunur. 

Tezliklə sərgi tamaşaçıların ixtiyarına veriləcək.

Şərhlər: 0

Şərh yaz