Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Ədəbiyyat xəbərləri » Kanadada yaşayan Azəbaycan əsilli yazıçı vəfat edib

Kanadada yaşayan Azəbaycan əsilli yazıçı vəfat edib

Tarix : 25-03-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Ədəbiyyat xəbərləri  

Azərbaycan əsilli iranlı yazıçı Rza Bərahani 86 yaşında Kanadanın Toronto şəhərində vəfat edib.

 Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz bu barədə məlumat verib.

Onun sözlərinə görə, Rza Bərahinin vəfat xəbərini oğlu Oktay Bərahəni təsdiqləyib.

Rza Bərahani 1935-ci ildə Təbriz şəhərində anadan olub. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının əsas nümayəndələrindən biri kimi tanınır.

Sonralar yazıçı Kanadada məskunlaşıb və 2001-2003-cü illərdə Kanadanın “Pen Klubu”nun sədri vəzifəsində fəaliyyət göstərib. Daha çox hekayəçi kimi tanınır.

Qeyd edək ki, Rza Bərahani "Nobel" mükafatına namizəd göstərilib, lakin namizədliyi geri götürülüb.

Şərhlər: 0

Şərh yaz