Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Ədəbiyyat xəbərləri » Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub

Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub

Tarix : 28-06-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Ədəbiyyat xəbərləri  
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsində Azərbaycan kitabları qalib gəlib.
Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutub.
Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim olunmuşdur. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunub. Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.
Müsabiqədə Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.

Şərhlər: 0

Şərh yaz