Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Ədəbiyyat xəbərləri » Aşıq Ələsgərin abidəsi ilə bağlı Ekspert komissiyası rəyini açıqlayacaq

Aşıq Ələsgərin abidəsi ilə bağlı Ekspert komissiyası rəyini açıqlayacaq

Tarix : 15-07-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Ədəbiyyat xəbərləri  
Aşıq Ələsgərin abidəsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələrinin nə zaman açıqlanacağı məlum olub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nəticə müsabiqəyə təqdim olunmuş nümunələrə “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın iclasında baxıldıqdan sonra elan ediləcək.

Xatırladaq ki, Aşıq Ələsgərin Bakı şəhərində ucaldılacaq abidəsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqə iyunun 30-da yekunlaşıb və nəticə bu gün açıqlanmalı idi.

Şərhlər: 0

Şərh yaz