Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Ədəbiyyat xəbərləri » Kulis.az 11 yaşını qeyd edir

Kulis.az 11 yaşını qeyd edir

Tarix : 04-04-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Ədəbiyyat xəbərləri  

Bu gün "APA Group"a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 11 il ötür.

Azinfo.az APA-ya istinadən  xəbər verir ki, portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır.

Kulis.az Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.

Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.

Kulis.az müsabiqə və yarışmalar da təşkil edir

Kulis.az saytı yaradıcılıqla məşğul olan hər kəsin üzünə açıqdır.

Şərhlər: 0

Şərh yaz