Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Mədəniyyət siyasəti » Aİ səfiri "Avroviziya - 2022"nin finalında Azərbaycana uğurlar diləyib

Aİ səfiri "Avroviziya - 2022"nin finalında Azərbaycana uğurlar diləyib

Tarix : 14-05-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Mədəniyyət siyasəti  
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Avroviziya - 2022" mahnı müsabiqəsinin yarımfinalında iştirak edən azərbaycanlı təmsilçi Nadir Rüstəmilin müsabiqənin final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Bu barədə Aİ səfiri "Twitter"də paylaşım edib.

"Azərbaycanı və Nadir Rüstəmlini "Avroviziya - 2022"nin böyük finalına vəsiqə qazanması münasibətilə təbrik edirik. Bu axşam baş tutacaq yarışmada uğurlar diləyirik", səfir Mixalko qeyd edib.

Xatırladaq ki, mayın 12-də İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında "Fade To Black" mahnısı ilə çıxış edib. Çıxışlar bitdikdən sonra səsvermə mərhələsində iştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib.

Şərhlər: 0

Şərh yaz