Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Mədəniyyət siyasəti » İçərişəhər Qala divarının bürcünün bərpasına başlanıb

İçərişəhər Qala divarının bürcünün bərpasına başlanıb

Tarix : 26-05-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Mədəniyyət siyasəti  
Bu həftədən etibarən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarının bir hissəsinin - bürcün restavrasiyasına başlanıb.

Bunu  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov deyib.

Onun sözlərinə görə, iki il öncə divarın bir hissəsinin daşları tökülmüş və bəzi möhkəmləndirmə işlərinə başlanılmışdı: "Bu proses yekunlaşdıqdan sonra isə artıq həm yerli, həm də avstriyalı mütəxəssislər tərəfindən bürcün bərpa-restavrasiyasına start verilib. Düşünürük ki, proses bir il müddətinə yekunlaşacaq”.

Bərpa işlərinə rəhbərlik edən Atelye Eric Pumer MMC-nin meneceri Çingiz Neymanzadə isə bərpa işləri haqqında məlumat verib: “Artıq xüsusi maddələrlə daşın nə vəziyyətdə olduğunu təyin edirik. Bundan sonra müəyyən bərpaedici məhlullarla uçulmuş hissələri bərpa etməyə başlayacağıq”.

Şərhlər: 0

Şərh yaz