Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Mədəniyyət siyasəti » Anar Kərimov Mexikoda Xocalı abidəsini ziyarət edib

Anar Kərimov Mexikoda Xocalı abidəsini ziyarət edib

Tarix : 28-09-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Mədəniyyət siyasəti  
Mədəniyyət naziri Anar Kərimov Mexikoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bu barədə  nazirlikdən məlumat verilib.

Nazir Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib.
Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

Xatırladaq ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.

Şərhlər: 0

Şərh yaz