Azərbaycan ordusunun formalaşmas sahəsində Heydər Əliyevin faktiki fəaliyyəti

1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Tez bir zamanda Milli Məclisin qərarı ilə 1993-cü il, iyunun 24-də Heydər Əliyevə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri verildi. 1993-cü il oktyabırın 10-da Respublika sarayında təntənəli andiçmə mərasimində cənab Prezident Vətənə, dövlətə, xalqa sədaqət andı içərək, qarşısında duran əsas vəzifələri bəyan etdi. Bu ali vəzifələr əsasən, ilk növbədə, Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlyünü təmin etmək, Respublikamızın ictimai-siyasi həyatında sabitliyi qorumaqdan, ölkəmizi Dünya Birliyində ləyaqətlə yer almasını, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsini və vətəndaşların hüquqlarının qorunulmasını və həyatın bütün sahələrində əsaslı dəyişikliklər aparılmasını və s. təmin etməkdən ibarət idi.
Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərəliləşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, belə münasibət, ordunun inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq.
Hamımızın çox dəqiq yadındadır ki, tez bir zaman ərzində ölkədə olan özbaşınalıq və yaranmış ikinci cəbhə açaraq, Azərbaycanı parçalayıb dünya xəritəsindən silmək istəyən qüvvələrin təhriki ilə baş qaldıran separatçılığın və digər bu cür proseslərin qarşısını Cənab Heydər Əliyev almağa nail oldu. Dövlətimiz və xalqımız hər zaman humanistliyin və sülhün tərəfdarı olmuşdur. Məhz Heydər Əliyev apardığı siyasi danışıqların nəticəsində 1994-cü il may ayında atəşkəs haqqında sazişin imzalanmasına nail olmuşdur. O, illərdə Ulu Öndər müdrük və uzaqgörən publisistik fikirləri ilə Azərbaycan zabitlərini və xalqımızın igid övladlarını ordumuzun möhkəmlənməsinə səsləyirdi.
Ulu Öndər deyirdi: “ İndi biz belə bir qəti fikirdəyik ki, torpaqlarımızın azad olması üçün sülh vasitələrindən istifadə etməliyik. Bu barədə danışıqlar aparırırq və bunlar sizə məlumdur. Ancaq etibarlı sülh əldə etməkdən ötrü bu gün üçün də, Azərbaycan dövlətinin gələcəyi üçün də güclü, qüdrətli ordumuz olmalıdır... Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücüm etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox! Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün də gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.”
Heydər Əliyev getdiyi hər bir xarici ölkədə Dağlıq Qarabağ problemlərinin sülhlə, atəşkəslə həlli yolunda durmadan mübarizə aparmış və Azərbaycan ordusunun dirçəldiləməsi və inkişafı prosesinin tezləşməsi üçün əsgər və zabit heyyətinin xarici ölkələrdə lazımı təcrübə keçməsini ön planda saxlamışdır. Dövlət başçısı müasir tələblərə cavab verən ordunun yaradılması sahəsində müntəzəm və məqsədyönlü iş aparır, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün səmərəli tədbirlər görürdü ki, bunun da nəticəsində 1993-cü ilin axırlarında və 1994-cü ilin əvvəllərində Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar keçirməyə nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin apardığı siyasət, açdığı hərbi lisey, inkişaf etdirdiyi Azərbaycan ordusu bu gün gücü ilə dünyaya səs salan davamçısı, dünya şöhrətli siyasi xadim İlham Heydər oğlu Əliyevin Qarabağ torpaqları uğrunda 44-günlük savaşdan qalib çıxması Heydər Əliyev siyasətinin bariz nümunəsidir. Bugünkü zəfərimiz, əslində, 1993-cü il tarixindən etibarən şanlı bir yol keçirdi. Bu yol Azərbaycan xalqının əvəzsiz oğlu - Böyük şəxsiyyət, müdrük insan, dünyaşöhrətli siyasi xadim, Ümummilli lider və yenilməz sərkərdə Heydər Əlirza oğlu Əliyev yoludur.
Qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, geniş bilik və dərin təfəkkürünə dayanır.
Elmir Əliyev
YAP Masallı rayon təşkilatı
Ərkivan ərazi partiya təşkilatının sədr müavini
Şərhlər: 0
Şərh yaz
