Azinfo » Siyasət » Yeni zirvələrə doğru

Yeni zirvələrə doğru

Tarix : 09-04-2023   /   Siyasət  

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident cənab İlham Əliyevlə Azərbaycan yeni zirvələrə doğru addımlamağa başladı. 

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Cənab İlham Əliyev ölkədə insan hüquqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Belə ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkədə sabitliyin qoruması vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qo-rumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı.

Yuxarıda qeyd edilənlər bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmansında “İlhamla irəli!”- devizi, sabaha, gələcəyə inam hissi dayanırdı. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqmatik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması və qeyri - neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdı. Ölkədə qeyri-neftsektorunda iqtisadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi. Qeyri-neftqaz sahələrinin, xüsusi ilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır.
 Habelə ölkədə kənd təsərrüfatı sahəsində dinamik inkişafa nail olunmasını, ənənəvi əkinçilik və heyvandalığın, məşğulluq vərdişlərinin bərpa olunmasında təxirəsalınmaz işləri reallaşdırmaq üçün əlverişli mühit formalaşdırıldı. Həyata keçirilən köklü struktur - institsional islahatlar nəticəsində milli iqtisadiyyatın stukturu dəyişmiş, qeyri - neft sektorunun payı xeyli yüksəlmişdir.

Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın inamına arxalanaraq, möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demişdir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”


Ən nəhayət, Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xalqın alternativsiz lideri, xilaskarı, Prezident İlham Əliyev, eyni zamanda ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Böyük qayıdış layihəsini həyata keçirərək Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.



Əlifağa Yaqubov
YAP Masallı rayon təşkilatı
Uşaq Gənclər Şahmat Məktəbi ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz