Azinfo » Siyasət » «Azərbaycanda milli oyanış, milli dirçəliş»

«Azərbaycanda milli oyanış, milli dirçəliş»

Tarix : 26-05-2023   /   Siyasət  

 

         1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.Yeni qurulan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni sürətlə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi. Ölkənin bayrağı, himni və gerbi yaradıldı.Azərbaycanın ilk universiteti yaradıldı.Lakin AXC cəmi 23 ay fəaliyyət göstərə bildi.

          

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü.Ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev onun inkişafı üçün bütün qüvvəsini sərf etdi.

           

Heydər Əliyev deyirdi: «Biz ilk Demokratik Cümhuriyyətin yaranmasını əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü-Respublika Günü elan etmişik».

          
26 may 2001-ci ildə Ümummili lider Heydər Əliyev Respublika Günü münasibəti ilə çıxışında demişdir ki, 28 may günü Azərbaycan xalqı üçün əziz gündür. AXC-nin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfü hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərində xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdır. Az müddətdə, 23 ay ərzində çox işlər görüldü. 23 aydan sonra AXC süqut etdi. Bunun da tarixi səbəbləri var idi. Xalq Cümhuriyyətinin daxilində lazimi birliyin olmaması, çəkişmələr bu dövləti zəiflətdi.1918- ci ildə ilk dəfə Cümhuriyyətin qurulması çox ağır və çətin şəraitdə keçmişdir. Azərbaycanın  müstəqilliyini  elan  edənlər:  M.Rəsulzadə,  Ə.Topçubaçov,  F.Xoyski, N.Yusifbəyli, onların 

silahdaşları, o illərdə müstəqillik uğrunda mübarizə aparanlar heç vaxt unudulmayacaq.

          

28 May-Müstəqillik Günü ilə bağlı  İlham Əliyev də öz çıxışında bildirmişdir ki, ilk dəfə müsəlman aləmində demokratik respublikanın yaranması böyük tarixi hadisədir.Biz bununla fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman ölkəsi olaraq ilk demokratik respublika yaratmışdır.

          

1918-ci ildə qaldırılan bayraq 1920-ci ildə endirilmişdir.Ondan sonra ilk dəfə rəsmi olaraq bu bayrağı Ulu Öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmiş və təsis etmişdir.

          

Azərbaycan müstəqilliyini yenidən bərpa edikdən sonra yalnız 1993-cü il müasir tariximizdə dönüş nöqtəsi oldu. Məhz həmin ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.Heydər Əliyevə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı,lakin Ulu Öndərin yenidən hakimiyyətə gəlişi ölkəni daha da irəliyə aparmağa başladı.Hər sahədə çox ciddi şəkildə islahatlar aparılmağa başlandı.

          

Bu gün bir xalq olaraq bizim qarşımızda böyük vəziflər dayanır.Biz öz müstəqilliyimizi qorumalıyıq, çünki bir xalq ancaq müstəqillik şəraitində inkişaf edə bilər.Bu gün biz xoşbəx xalqıq ki, müstəqil yaşayırıq, öz taleyimiz öz əlimizdədir.


Ş.Xəlilova, 

 S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi

Şərhlər: 0

Şərh yaz