Azinfo » Siyasət » Müstəqilliyimiz əbədidir

Müstəqilliyimiz əbədidir

Tarix : 27-05-2023   /   Siyasət  

 

Hər bir xalqın yaşaması üçün,  yəni azad, sərbəst yaşaması üçün  dövlət müstəqilliyinin olması əsas şərtlərdən biridir. Hər xalq üçün,  dövlət üçün   müstəqilliyə malik olması  həmin xalqın, həmin dövlətin ən böyük sərvətidir. Dövlət müstəqilliyi o deməkdir ki,  onun öz bayrağı, Himni, ordusu, ümumiyyətlə, dövlət atributları vardır. Biz də oktyabrın 18-də öz müstəqil dövlətimizin konstitutiyasını qəbul etmişik və öz müstəqilliyimizi elan etmişik . Bu tarixə qədər xalqımız 1828 –ci il Türkmənçay müqaviləsindən 1917-ci il oktyabr inqilabına qədər  Rusiya imperiyasının əsarətində olmuşdur.  Minlərlə soydaşlarımız  sürgün olundular. İllər ərzində  SSRİ adlanan hegemon rus dövlətinin təsiri altında  yaşamışıq. Xüsusilə SSR adlanan dövləti qeyd etmək lazımdır. Xalqımızın başına min cür oyun açıldı .Xalqımızın günahsız oğullarının qanı axıdıldı. Torpaqlarımız alınıb düşmənlərə verildi.Varımız , dövlətimiz düşmənlərə qismət oldu. Xalqımız qul kimi işlədildi. Vətənimiz başdan-başa xammal bazasına çevrildi. 70 il ərzində xalqımızın mənəviyyatına ciddi zərbələr vuruldu. Vicdan, söz azadlığından söz gedə bilməzdi. Xalqımızın neçə-neçə gənc istedadlı millət sevər oğulları ”xalq düşməni” damğasıyla damğalanaraq güllələdilər, və ya uzaq Sibirə sürgün olundular. Düşmənlərin bundan məharətlə istifadə ediblər.

          

 Uzun müddət Azərbaycanın haqq işi uğrunda gedən mübarizəsinin tarixini saxtalaşdırıblar. Sonradan öyrənmişik ki, 28 may 1918-ci il xalqımızın həyatında necə şərəfli bir  səhifə imiş. Sən demə, 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikası   hökumətinin 27 iyun tarixli qərarı ilə   Azərbaycan dili dövlət dili elan edilibmiş. 1919 –cu il sentyabr ayının birində Bakı  Dövlət Univerisiteti yaradılıbmış. Bir sözlə, xalq öz müqəddəratını təyin etməyə qadirliyini əyani şəkildə sübuta yetiribmiş.

 

  Biz indi azad və müstəqil xalqıq. Müstəqlliyimizi əldə etmək üçün biz ağır və çətin yollardan keçmişik. Özümüzə dost bildiyimiz, süfrəmizin  başında oturtduğumuz erməni daşnaqları  torpaqlarımıza göz dikdi, 


Minlərlə şəhid verdik, vətəndaşlarımız ev -eşiklərindən didərgin düşdülər. Şuşa, Laçın, Qarabağ və s. kimi əzəli və əbədi torpaqlarımız , Azərbaycanın dilbər   guşələri darmadağın edildi .2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi düşmənin arzusunu ürəyində qoydu. Ali Baş Komandan cənab İlham Əliyevin “hücum“ əmri ilə Müzəffər ordumuz düşmənin başını əzdi,30 il həsrətində qaldığımız torpaqlarımız azad edildi. İlham Əliyev çoxəsrlik Azərbaycan tarixinə qalib Müzəffər Ali Baş Komandan kimi daxil olmuşdur. Bizim müstəqil yaşamağımız üçün geniş imkanlar var. Belə ki, Tanrı bizim xalqımıza maddi sərvətlərlə zəngin bir məkan bəxş etmişdir. Həm də belə bir məkan ki, o, dünyanın mərkəzindədir. Yəni coğrafi mövqeyə görə  əlverişli vəziyyətdədir. Biz bütün bunlardan istifadə edib  öz müstəqilliyimizi qorumalıyıq və inkişaf etdirməliyik. Ümummili lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!

 

                        Ağayev İlham Abidin oğlu,

 

                            Hişkədərə kəndi

Şərhlər: 0

Şərh yaz