Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçrilib.
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açdı. Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti dedi:
Mən məmnuniyyətlə sözü belə tədbirlərdə ilk dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə veiriəm. İlham Herydər oğlu, söz sizə verilir, buyurun.
Prezident İlham Əliyev, ilk növbədə, Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürünü bildirdi. Cənab Prezident qeyd etdi ki, Ermənistan istisna olmaqla, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq. Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bakı-Tiblisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq
Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda , biz bunu uğurla edirik və həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.
Prezident İlham Əliyev çıxışının sonunda birdaha Vladimir Putinə dəvət üçün, eləcə də bütün həmkarlarına bu dəvəti dəstəklədiklərinə görə təşəkkürünü bildirdi.
Aidə Şıxəliyeva
Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb