Azinfo » Siyasət » Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərində səfərdə olmuşdur.

Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərində səfərdə olmuşdur.

Tarix : 31-05-2023   /   Siyasət  

       

 

 Azərbaycan işğaldan azad etdiyi ərazilərində bu gün möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ilin 19 yanvar tarixində  işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu tətbiq edilməyə başlayıb.

               
Cari ilin  28 may tarixi  ikiqat bayramdır. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdırlar. Laçının şəhərinin  böyük hissəsi cəmi 7-8 ay ərzində tamamilə yenidən qurulub. Laçında artıq ilk 20 ailə yerləşibdir.

Laçın şəhərinın Baş planı hazırlanıb. Laçında bütün lazımi şərait yaradılır. 30 il bizim şəhər və kəndlərimizi mənfur düşmən dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atmış və  AXC-Müsavat cütlüyü Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil vermişdir. 

          

 Prezident bildirmişdir ki,cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. 

            
Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu.Bütün dünya ictimaiyyəti yaxşı bilir ki,Ermənistan bizim 

torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu.Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Güclü ordu qurmuşuq. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. İkinci Qarabağ müharibəsindən keçən dövr gələcək üçün çox önəmli idi. Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Torpaqdan pay ola bilməz. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. 

               
Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bir müddət bundan əvvəl Azərbaycanın iki hərbçisi yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb. Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.

 

 

Müşfiq Qurbanov- Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi

 

Şərhlər: 0

Şərh yaz