Azinfo » Siyasət » Ulu Öndər Akademiyasının layiqli məzunu

Ulu Öndər Akademiyasının layiqli məzunu

Tarix : 15-10-2023   /   Siyasət  




         Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin  təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasındakı çıxışında bir çox aktual məsələlərə toxundu ki,bu məsələlər həm regional,həm də qlobal miqyasda öz aktuallığını qorumaqdadır.Bunlardan ən əsası bizim Ermənistan adlanan bədniyyətli qonşularımızın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətlərinin nəticəsi ilə əlaqəli idi.Çünki Ermənistanın Azərbaycana qarşı etdyi bütün pisniyyətli hərəkətlərə qarşı Cənab Prezident hər zaman xüsusi səbr və tolerandlıq nümayiş etdirir.Lakin Ermənistan istər 2020-ci ildə 44 gün ərzində bütün ordusu darmadağın olmasına, istərsə də  19 sentyabrda  antiterror əməliyyatlarından da dərs almayaraq yenə də öz çirkin niyyətli əməllərinə davam etməkdədir,Lakin Cənubi qafqazda hal-hazırda  sülhə,siyasi sabitliyə və iqtisadi potensiala tövhə verəcək tək ölkənin Azərbaycan olduğunu bildikləri halda yenə ölkəmizə qarşı  öz təziqlərini davam etdirməkdə davam edən və Erməni Lobbisinin təsirinə məruz qalan ölkə və siyasətçilərin də sayı az deyil.Cənab Ali Baş Komandanımızın bu tip təziqlər qarşısında  məğrur düruşu bir çox “demokratiyanın beşiyi” adlanan dövlətlərdə qıcıq yaratmaqdadır.Çünki yaxın tarixdə dünyanın bir çox ərazilərində uzun illərdir münaqişə ocaqları və ya mübahisəli ərazilər mövcud olsa da bu münaqişələrin heç biri öz həllini tapa bilmir.Bir çox “hegomon” dövlətin maraq dairəsində olan və 30 ildən artıq davam edən Qarabağ probleminin Cənab Ali Baş Komandanımız sayəsində birdəfəlik həlli və bir çox güclərin planlarının bu sayədə pozulması bir tərəfdən münaqışə və mübahisə ocaqlarına nümunə olduğu halda, digər tərəfdən də bu ocaqların alovlanmasında maraqlı olan güclərin planlarının pozulması ilə nəticələndi. Bu da Cənab Prezidentin zərgər dəqiqliyi ilə apardığı balanslı siyasət, göstərdiyi prinsipyal mövqe və dəyişməz siyasi iradəsi nəticəsində baş verdi.


 

         Azərbaycan tarix boyu həm coğrafi mövqeyi.həm də yeraltı və yerüstü sərvətlərinə görə böyük güclərin maraq dairəsində olub və bu da ölkəmizin dəfələrlə parçalanmasına səbəb olub. Buna misal olaraq son yüzildə (1921-1923) Cumhuriyyət qurularkən Azərbaycanın sahəsi mübahisəli ərazilərlə birlikdə 156 min kv,km olduğu halda son müstəqilliyini əldə etdikdə 86.6 min kv.km idi.1990-cı ilin əvvəllərində ölkə rəhbərliyinə təsadüfən gəlmiş bir qrup yarıtmaz siyasətçilər nəticəsində yenə də ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə qalmışdır. Lakin öz şəxsi mənfəətləri üçün ölkəmizin  parçalanmasını ovuclarını ovuşduraraq gözləyən həmin “siyasət ustaları”nın unutduğu bir mövhum var idi ki, bu da tarixin  Azərbaycan xalqına bəxş etdiyi böyük Sərkərdə,Ulu Öndər Heydər Əliyev idi.


         Bəli Ulu Öndər olkəmizin bu ağır vəziyyətində özünün və ailəsinin ölümlə üz-üzə qaldığını bilə -bilə xalqının imdadına yetdi.Ulu Öndər hakimiyyətə gələn kimi bir tərəfdən Ermənistanın utopik “Dənizdən-Dənizə”xəyallarının qarşısını almaq məqsədilə atəşkəsə,digər tərəfdən ölkədaxili parçalanmanın qarşısını almağa nail oldu.Buna paralel olaraq Ulu Öndərimiz özündən sonra ölkəni və xalqı  əmanət edəcəyi layiqli  bir davamçıya ehtiyac duyurdu ki bu da Cənab Ali Baş Komandan İlham Əliyev idi.Çünki İlham Əliyev yüzilliyin tarixi şəxsiyyəti Heydər Əliyev siyasətini addımbaaddım izləyən alternativsiz bir siyasi lider kimi yetişmişdir.Bu gün də Ulu Öndərin davamçısı olaraq adı dünya liderləri ilə paralel çəkilən, Qlobal siyasətdə öz sözünü deməyi bacaran və hər addımında öz xalqını daha da qürurlandıran, Ulu Öndər Akademiyasının ən layiqli məzunu Cənab Prezident İlham Əliyevdən başqası deyildir. 

                                       



  Masallı rayonu

  Şərəfə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

  Dadaşov Rəşad İlham oğlu 

Şərhlər: 0

Şərh yaz