Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
Bu gün,18 aprel 2024-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyəti başçısının məsul nümayəndələri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edərək, əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra konfrans iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransa giriş sözünü Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Masallı Rayon Komitəsinin sədri Camal Hüseynov açaraq məruzə ilə çıxış edib.
Təftiş komissiyası haqqında Təskin Şahbazovun hesabat-məruzəsi dinlənilib , 2019-2024-cü illər ərzində Masallı rayon Həmkarlar İttifaqının fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verildi.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olundu.
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abbas Abbaszadə konfrans iştirakçılarına Masallıı RİH başçısı cənab Araz Əhmədovun salamlarını çatdırıb, təşkilatın fəaliyyəti haqqında məlumat verib.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehdiyev geniş nitqində təşkilatın qarşısında duran vəzifələr barədə məlumat verib.
Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin plenum üzvləri və təftiş komissiyasının üzvləri seçildi.
Gündəliyə əsasən, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin seçilməsi səsə qoyuldu və Camal Hüseynov yenidən DİİXİNİ Masallı Rayon Komitəsinin sədri seçildi.
Şərhlər: 0
Şərh yaz