Azinfo » Siyasət » Milli enerji şəbəkəmizi gücləndirməliyik

Milli enerji şəbəkəmizi gücləndirməliyik

Tarix : 24-06-2024   /   Siyasət  

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi
tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən
istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının həyata keçirilən enerji
təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji
mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Təsdiq edilmiş “sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin iqlim dəyişikliyi və
onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan
bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır.
Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə
bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin
genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa
olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi
istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Milli Prioritetlər BMT-nin
“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli
gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün
mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq
addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan
enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi
istiqamətində 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı
artıq müvafiq tədbirlər görülür. Külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud
olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi,
bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün
növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və
prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac
vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir. Hazırda Avropa Yenidənqurma
və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə
dəstək” layihəsi həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i
formalaşır və bu da təxminən illik 2.56 milyard m 3  təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki,
işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli
potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş
radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli
ikinci regiondur.
Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə
yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli
təhlili əsasında belə nəticəyə gəlmək olar ki, Respublikamız emerji sahəsində günü- gündən
inkişaf edərək dünyanın aparıcı dövlətləri sirasına daxil olmuşdur!


Raqil Məcidov
YAP Masallı Rayon Təşkilatının fəal üzvü

Şərhlər: 0

Şərh yaz