Azinfo » Siyasət » Qərbi Azərbaycan İcması İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyasına cavab verib

Qərbi Azərbaycan İcması İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyasına cavab verib

Tarix : 17-10-2024   /   Siyasət  

Qərbi Azərbaycan İcması, İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, "Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək" çağırışına qarşı qəti mövqe sərgiləyərək, bu təklifi qərəzli və böhtan dolu kimi qiymətləndirib. Azinfo.az-ın xəbərinə görə, icmanın yaydığı bəyanatda bu addımın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə zidd olduğu vurğulanıb və bunun İsveçrənin bitərəf statusundan sui-istifadə edildiyini bəyan edilib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinin reinteqrasiyası üçün bir neçə dəfə təkliflər irəli sürüb və dialoq aparıb, lakin bu təkliflər rədd edilib. Bu baxımdan, İsveçrənin belə bir konfrans təklifi regiondakı vəziyyəti daha da gərginləşdirməyə xidmət edir və qəbulolunmazdır.

Qərbi Azərbaycan İcması bəyan edir ki, dialoqa çağırılmalı olan tərəf Ermənistan hökumətidir. İcma dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də, bu müraciətlər cavabsız qalmışdır. İcma, İsveçrə parlamentini qərəzli və zərərli addımlardan çəkinməyə, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququna hörmət etməyə çağırıb.

Şərhlər: 0

Şərh yaz