Azinfo » Siyasət » Heydər Əliyev fenomeni məhz tarixi zərurətdən formalaşmışdı.

Heydər Əliyev fenomeni məhz tarixi zərurətdən formalaşmışdı.

Tarix : 10-05-2022   /   Siyasət  

Heydər Əliyev fenomeni məhz tarixi zərurətdən formalaşmışdı.

Bu tip hallar tarixdə çox az baş verir. Çoxlu nümunələr göstərmək olar. Məsələn Türkiyənin Mustafa Kamalı, Almaniyanın Bismarkı, ABŞ-ın Linkolnu və s. Bu şəxsiyyətlər ən çətin dönəmdə öz ölkəsindəki prosseslərin içində yetişkin hala gələrək ən çətin durumda öz xalqını xilas edə bilib. Bu insanlara heç bir dövrdə alternativ tapmaq olmaz. Xüsusən də onların öz yaşadığı dövrdə ümumiyyətlə alternativləri olmayıb. 

Bilirsiz niyə? İctimai xaos zamanı prossesi yönləndirmək sabit vaxtdakından dəfələrlə çətindir. Hələ bu xaos presovet və sovet totalitarizmini yaşamış bir cəmiyyətdə baş veribsə...

Üstəlik bu xaos spontan şəkildə baş verməyibsə və konkret olaraq həm daxildən, həm də xaricdən bunu yaratmaqda maraqlı olan qüvvələr varsa, o zaman dövlətin varlığı tamamən sual altına düşür, cəmiyyət isə parçalanır və məhv olur. 

Heydər Əliyev fenomeni məhz dövləti və cəmiyyəti məhv olmaqdan qurtarıb və qısa zamanda milli-ideoloji, siyasi  birlik formalaşdıra bilib. Sonuncu dəfə Azərbaycan tarixində bunu ondan 500 il əvvəl Şah İsmayıl Xətai bacarmışdı. Heydər Əliyevi tariximizdə  hardasa onunla müqayisə eləmək olar. 

Heydər Əliyev öz idarəçiliyi ilə xalqa sübut etdi ki, ondan əvvəlki idarəçilər bu xalqın qanına susamış cəlladlardır, bu xalqı anarxiyaya sürükləyənlərdir, bu xalqın öz torpaqlarından didərgin düşməsinə səbəb olanlardır. 

Məhz buna görə xalq da onu və onun yolunu seçdi. Bu gün də o yolun davamçısına dəstəkdir. Bu dəstəklə o yolun davamçısı da xalqa zəfər verdi, qürur verdi, Şuşanı geri qaytardı, dünyaya meydan oxudu. Regionda və dünyada formalaşan geosiyasi prosseslərə istiqamət verə bilən əsas oyunçulardan oldu.

Buna görə bu gün ulu öndərin ruhu şaddır. Bu gün onun ideyaları Azərbaycan gəncliyinin qəlbində yaşayır  və hər zaman yaşayacaq !

Yaşasın güclü dövlətimiz !

Əli Babazadə - Tarixçi

Şərhlər: 0

Şərh yaz