Azinfo » Siyasət » Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir?

Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir?

Tarix : 17-05-2022   /   Siyasət  
Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinlə Moskvada keçirdiyi görüş rəsmi İrəvanın Qarabağla bağlı siyasətinə növbəti ağır zərbəni vurub. Nikol Paşinyan yenə də ATƏT-in Minsk qrupunun rolu ilə bağlı müzakirələrə başlamağa cəhd etsə də, Vladimir Putin öz bəyanatında Dağlıq Qarabağ ifadəsini işlətmədi, “Biz Qarabağ probleminin həllində fəal birgə fəaliyyətimizi artıq üçtərəfli formatda Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə davam etdiririk” söylədi.

Bundan məmnun qalmayan Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılmasının 20 illiyinə həsr olunan sammitdə şikayət xarakterli bəyanatla çıxış edib. O, Ermənistanın ötən illər ərzində yaranmış müəyyən problemlərlə bağlı KTMT-yə müraciətlərinin heç bir fayda vermədiyini, Ermənistanın gözlədiyi reaksiyanın gəlmədiyini deyib.

Şərhlər: 0

Şərh yaz