Azinfo » Siyasət » Ermənistanın qeyri - konstruktiv mövqeyi

Ermənistanın qeyri - konstruktiv mövqeyi

Tarix : 21-05-2022   /   Siyasət  

"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının, sərhədlərin delimitasiya və demarkasiyası üzrə İşçi Qrupunun işə başlaması üçün əldə edilmiş razılıq, təəssüf ki, Ermənistanın qeyri-ciddi, anlaşılmaz münasibətləri səbəbindən bu günə qədər baş tutmayıb".

 Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşündən sonra bəyanatında bu məsələlərlə bağlı çox maraqlı məqamlara toxundu: "Brüssel görüşündə artıq mart ayının sonuna qədər İşçi Qrupun yaradılacağı, sərhədlərin tanınması ilə bağlı İşçi Qrupun fəaliyyətə başlayacağı ilə bağlı razılıq əldə edilmişdi. Dövlət başçısının bəyanatından da aydın oldu ki, indiyə qədər Komissiyanın görüşünün baş tutmamasının əsas səbəbi məhz Ermənistan tərəfidir. İlkin görüşlə bağlı verilmiş təklif Ermənistan tərəfindən olsa da, onlar bu təklifi reallaşdıra bilmədilər və imtina etdilər”.


 Ermənistan tərəfi sonradan 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi ilə bağlı təklifdən də imtina etdi: “Bir sözlə, Ermənistanın qeyri-ciddi və məsuliyyətsiz mövqeyi narahatlıq doğurmaqdadır. Çünki Azərbaycan Vətən müharibəsində qalib gələn tərəfdir. Buna baxmayaraq, Azərbaycan regionda sülhü dəstəkləyir. Ermənistan isə bu sülhü qəbul etmək məcburiyyətindədir. Çünki anlayır ki, əks təqdirdə, gündən-günə pisləşən Ermənistanın vəziyyəti daha da ağır ola bilər. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi mütəmadi olaraq vaxtı uzatmaq və prosesləri öz xeyirlərinə dəyişmək istəyir. İstənilən halda Ermənistanın bu qeyri-ciddi və məsuliyyətsiz mövqeyi etimadı pozur. Nəticə etibarilə, itirən Ermənistan tərəfi olacaq. Buna baxmayaraq, biz hələ də məsələyə nikbin yanaşırıq. Ümid edirik ki, Ermənistan nəhayət, özündə cəsarət tapıb sərhədlərin tanınması prosesinə start veriləcək və İşçi Qrupun fəaliyyət göstərməsi üçün ilkin görüş baş tutacaq".



Aygün Quliyeva
YAP Masalli rayon təşkilati
Boradigah xəstəxanasi ərazi partiya təşkilatinin sədri

Şərhlər: 0

Şərh yaz