Azərbaycan - Litva əlaqələri inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış etdilər. Ölkəmizin başçısı öz bəyanatında bir sıra mühüm və vacib məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir.
İki gün davam edən Azərbaycan-Litva V Qlobal Bakı Forumuna Azərbaycanın ev sahibliyi etməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.
Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfər etməsi, o cümlədən dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda iştirak etməsi də uzun illərin strateji tərəfdaşlığını təsdiqləyir. Litva Prezidentinin səfəri həm də fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır.
Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminik ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu forumdan və keçirdikləri görüşlərdən faydalanacaq, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
Azərbaycanın dünya birliyində nüfuzunun artması isə beynəlxalq aləmdə yüksək qiymətləndirilən sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlardır. Azərbaycanın çevik modernləşmə yolu ilə dünyada ən dinamik inkişaf edən ölkə imici qazanaraq qlobal maliyyə böhranından minimum itkilərlə çıxması nüfuzlu ekspertlərin diqqətini cəlb etmişdir. Azərbaycanla hər bir sahədə əməkdaşlıq etməyə meylli olan ölkələrin sayının artması nəticəsində ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya edir. Azərbaycan - Litva əlaqələri inkişaf edir və əminik ki,bundan sonrada inkişaf edəcəkdir.
İsa İbadov
YAP Masallı rayon təşkilatı
Mahmudavar kənd Q. Babayev adına ümumi orta məktəbi
ərazi partiya təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
