Azinfo » Siyasət » Azərbaycan-Litva biznes formu

Azərbaycan-Litva biznes formu

Tarix : 23-05-2022   /   Siyasət  

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.Formun açılışında hər iki ölkənin dövlət başçıları çıxış ediblər. 

Əvvəlcə qonaqları salamlayan dövlət başçımız görüşün əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki,görüş zamanı bir sıra vacib sənədlərə imza atılacaq.Əlbəttə, imzalanacaq sənədlər iki dövlətin arasında səmərəli iş qurmaq üçün yeni imkanların yaradılması deməkdir. 

Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki,artıq Azərbaycan xarici dövlətlər üçün əlverişli biznes mühitdir.Çıxış  zamanı ölkə rəhbəri bir daha vurğulayıb ki,ölkəmiz tən neft sentorunda deyil,hazırda bərpaolunan enerji sahəsində xarici investisiyaların çoxluğunun şahidi oluruq. 

 Ölkə rəhbəri forum iştirakçılarının nəzərinə çatdırıb ki,Azərbaycan iqtisadiyyatındakı artım bizi məmnun edir.Prezidentin çıxışı zamanı ölkədə gedən yeni quruculuq işlərindən söz açılmış,ölkə iqtisadiyyatındakı artımı qeyd etmişdir və bildirmişdir ki,bu artım pandemiya dövrü yaşayan bir ölkə üçün heç də pis deyildir.Ümumiyyətlə,ölkə rəhbəri ölkənin iqtisadiyyatından danışarkən bunu dayanıqlı inkişaf adlandırmışdır.   

Forumda hər iki ölkənin rəhbərləri bir çox məsələlərə toxunmuşlar.Bu,təhsil sahəsində,nəqliyyat sahəsində əməkdaşlığın müzakirəsi idi.Ölkə prezidenti Azərbaycan iqtisadiyyatının davamlılığını xüsusi qeyd etmişdir.O bildirmişdir ki, Azərbaycan artıq xarici dövlətlərdən yardım və kredit alan ölkə deyil.Sevindirici haldır ki,Azərbaycan kreditləri yalnız yüksək texnoloji layihələrə sərf edir.

  Forumda,həmçinin ticari və iqtisadi əlaqələrdən də söz açılıb.İki dövlət arsında yarana biləcək iş birliyindən danışılıb. 
 
Forumda Litva Respublikasının Prezidenti Gitanas Nausedan da çıxış edib.O da öz ölkəsinin imkanlarından söz açıb və əmindir ki,ölkəsinin çoxsaylı təklifləri var və əmindir ki,söhbətlər zamanı Litva və Azərbaycan üçün faydalı nəticələr əldə olunacaq.

Şəkilə Xəlilova
Masallı rayon
Qızılağac kənd 1 saylı orta məktəbinin müəllimi

Şərhlər: 0

Şərh yaz