Azinfo » Siyasət » Ceyhun Bayramov-Mirzoyan görüşündə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb

Ceyhun Bayramov-Mirzoyan görüşündə erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb

Tarix : 18-07-2022   /   Siyasət  
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Tbilisidə keçirilən görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Şərhlər: 0

Şərh yaz