Azərbaycanda qeyri neft sektorunun inkişafı

Azərbaycanın əlverişli iqtisadi-coğrafi, Asiya və Avrоpanın kəsişməsində yerləşərək geosiyasi mövqеyi, ümumilikdə inkişaf etmiş nəqliyyat, kommunal və istehsal sistemlərinin, əhəmiyyətli faydalı qazıntıları mövcudluğu, ixtisaslı kadr hazırlığı sisteminə, çoxsahəli sənaye kompleksinə malik оlması onun dünya birliyində rolu və yerinə şübhəsiz təsir еdir. Aydındır ki, dünyada gеdən gеоsiyasi, iqtisadi və nəhayət, еkоlоji dəyişikliklər əsas şərtlərdən biri kimi çıxış еtməklə dövlətin xarici iqtisadi siyasətində mütləq nəzərə alınan amil rоlunu оynayır. Ümumən, rеspublikamızda bazar münasibətlərinin qurulduğu ilk illərdə məqsədlərin dövlətin suvеrеnliyi, müstəqilliyi və rəqabətqabiliyyətliliyi kimi göstəricilər əsasında qurulması və təhlilinin aparılması bir sıra iqtisadçılar tərəfindən təklif оlunsa da, müasir dövrdə оnların sırasına milli iqtisadiyyatın davamlı inkişafı baxımından innоvasiyayönümlü iqtisadi strukturunun qurulması, bəzi hallarda invеstisiyaların stimullaşıdırılmasına tələbi оlan və mоdеrnləşən bir strukturun qlоballaşmanın təsirini nəzərə alaraq fоrmalaşdırlması kimi məqsədlərini də aid еtmək оlar.Məlum olduğu kimi, dünyanı bürüyən maliyyə və iqtisadi böhran müxtəlif ölkələrin iqtisadiyyatında tənəzzülə, müəssisələrin fəaliyyətinin dayanmasına, işsizliyin artmasına gətirib çıxarıb. Maliyyə böhranının törətdiyi fəsadlar iqtisadiyyatın real sektoruna mənfi təsiri gücləndirib, iqtisadi artım templərinin aşağı düşməsinə və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə, istehlakın və tələbatın beynəlxalq miqyasda kəskin enməsinə səbəb olub. Təbii ki, buna dünyada gedən müharibələr və COVİD-19 pandemiyasının ümumdünya iqtisadiyyatına vurduğu zərərlə əlaqəlidir. Qlobal iqtisadi və maliyyə böhranı istisnasız olaraq, bütün ölkələri, o cümlədən Azərbaycan iqtisadiyyatını da ciddi sınaqlarla üz-üzə qoydu. Böhranın fəsadları azda olsa Azərbaycan iqtisadiyyatına sirayət etsə də, ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində onun mənfi təsirləri respublikamızda hiss olunmur. Buna təsir edən digər mühüm məqam isə qeyri-neft sektorlarının inkişafı və bu sektorda ixrac potensialından istifadənin tənzimlənməsinin təkminləşdirilməsidir. Bundan əlavə qeyd edə bilərik ki, ölkəmizin iqtisadi inkişafının ən vacib məqamı dövlət büdcəsidir. Dövlət büdcəsinin ilbəil artması, səhiyyə, təhsil, əhalinin aztəminatlı təbəqələrinə yardım sahələrinə ayrılan büdcə vəsaitinin mərhələlərlə artırılması milli iqtisadi inkişafın üstün siyasətidir. Eyni zamanda, büdcə kəsirinin hər il azalması aşkar iqtisadi tərəqqinin olduğunu, dövlət və şəxsiyyət arasında qarşılıqlı iqtisadi münasibətlərin yeni mərhələsinə keçildiyini göstərir.
Cari ilin İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir sıra mühüm məsələlərə toxunmuşdur ki, bunlardan biri də məhz qloballaşan dünyada iqtidsadi durum və Azərbaycanın bu durumdakı əldə etdiyi mövqedir. Bununla bağlı Cənab Prezident İlham Əliyev öz nitqində bildirmişdir: “Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır”.
Beləliklə, beynəlxalq iqtisadi böhranın hələ uzanacağı gözlənilir. Özünün iqtisadi konsepsiyasını, inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlətlər qlobal böhranla mübarizədən qalib, itkisiz çıxacaqlar. Azərbaycanın iqtisadi inkişaf strategiyasının son bir neçə illik nəticələri isə ölkəmizin dünya maliyyə böhranının törədə biləcəyi fəsadlara qarşı uğurla mübarizə aparacağından xəbər verir. Beynəlxalq iqtisadi böhran fonunda memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycan Respublikası iqtisadiyyatının inkişaf potensialının çox böyük olması onun bu prosesdə daim inkişaf etməsinə əsas verir. Bunun başlıca səbəbi 44 günlük Vətən münaribəsində Müzəffər Cənab Ali Baş Komandan İlham Əliyevin Rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Şanlı Qələbəsi və dogma Qarabağımızda icra olunan yenidənqurma, bərpa işləridir ki, bu prosesində ölkəmizin iqtisadi potensialına əhəmiyyətli dərəcədə müsbət təsir etməsi ilə əlaqədardır. Bu gün artıq Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı təmin edilir, neft-qaz amilindən asılılıq daha da aşağı düşüb. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirir.
Eldar Kazımov
Yap Masallı rayon Təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
