Sosial iqtisadi inkişafın səmərəli töhfə verəcək yeni su elektrik stansiyalarının inşası.

Altı ayın yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında geniş məlumat verməklə bərabər qarşıda dayanan vəzifələri də müəyyənləşdirdi. Eyni zamanda cənab İlham Əliyev Sosial iqtisadi inkişafa səmərəli töhfə verəcək yeni su-elektrik stansiyalarının inşasını da vurğuladı . Hal-hazırda bu məsələ üzrə bir sıra işlər aparılır. Cari il ərzində bu prioritet məsələ olaraq diqqət mərkəzində olmuşdur və olmaqda davam edir.
Müşavirədə Prezident cənab İlham Əliyevin bəhs etdiyi əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə bağlı məsələlər oldu. Ölkə başçısı bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri uğurla icra edilir. Su - elektrik stansiyalarının tikintisidə paralel olaraq davam etdirilir. Beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib, artıq yaşayış binalarının inşasına başlanılıb. Ağalı kəndi isə istifadəyə verilib. Həyata keçirilən bütün layihələr açıq tender prosedurlarından keçir və şəffaflıq tam təmin olunur. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcəkdir. Hətta içməli suyu ölkənin Aran bölgəsinə qədər gətirib çatdıracaq layihə də mövcuddur.
Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdən danışarkən bu bölgələrin ərzaq təhlükəsizliyimizin təmin olunmasında yüksək potensiala malik olmasına da diqqət çəkdi. Məlum olduğu kimi, dünyada baş verən ciddi geosiyasi proseslər bütün ölkələri ərzaq təhlükəsizliyi məsələləri ilə üz-üzə qoyub. Azərbaycan da dünya iqtisadiyyatının bir tərkib hissəsi olaraq bu məsələ ilə üz-üzədir. Bir halda ki, Azərbaycan taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün artıq dövlət tərəfindən müvafiq proqram hazırlanıb. Hazırlanmış proqrama uyğun olaraq həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirilmədən, tezliklə taxıl istehsalı artırılmalıdır. Odur ki, bu il heç vaxt istifadə olunmayan, təqribən 100 min hektarda taxıl - buğda, arpa, bir sözlə, dənli bitkilər əkiləcək və bu da ölkəmizin ərzaq təhlükəsizliyini gücləndirmiş olacaq.Müşavirədə Prezident cənab İlham Əliyev böyük qayıdışla bağlı icra edilməli olan işlər haqqında da konkret tapşırıqlar verdi. Verilən tapşırığa əsasən keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçimlər aparılacaq, onların ixtisas və peşələri, həmçinin çalışdıqları sahələr dəqiqləşdiriləcək. Bu istiqamətdə aparılacaq seçimə əsasən keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına daha tez bir zaman ərzində qaytarılacaq və eyni zamanda, onlar iş yerləri ilə təmin ediləcəklər.
Rusif Kərimov
YAP Masallı rayon təşkilatı
Viləş çay -su dəryaçası ərazi partiya təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
