Ermənistan İranı da Araz çayında törətdiyi ekoloji fəlakətin qurbanına çevirib
Ermənistanın yaratdığı ekoloji fəlakət təkcə özü və Azərbaycan deyil, bütün region üçün təhlükədir. Bu fəlakətlərin siyahısı uzun olsa da, biz bu məqalədə onlardan biri üzərində dayanacağıq. Söhbət Ermənistanın Araz çayını çirkləndirməsinin həm də İran üçün yaratdığı təhlükələrdən gedir.Ermənistanın heç bir standartları, heç bir dəyərləri nəzərə almadan Araz çayını zəhərləməsinin ən böyük təhlükəsi həm də İrana dəyir. Araz çayı Azərbaycan ərazisində Kür çayına birləşənə qədər kilometrlərlə İran-Azərbaycan sərhədi boyu axır. Araz çayının suyundan Azərbaycanla yanaşı, İran da istifadə edir. Deməli, elə Azərbaycan qədər İran da Ermənistanın Araz çayında törətdiyi ekoloji fəlakətin qurbanına çevrilir.
Təbii ki, İranda da bunun fərqindədirlər, qonşu ölkədə bu narahatlıq bir müddətdir davam edir və açıq şəkildə dilə gətirilir.
İran mətbuatı həyəcan təbili çalır
İranın ingilisdilli “Tehran Times” nəşri 2019-cu ilin noyabrında yazır ki, İran üçün böyük kənd təsərrüfatı və turizm əhəmiyyətinə malik olan transsərhəd Araz çayı Ermənistandan axıdılan çirkab suları ilə çirkləndirilir. Məqalədə qeyd olunur ki, Araz Qafqazda ən böyük, İran üçün isə ən vacib çaylardandır. Turizm üçün cəlbedici, ekosistemə müsbət təsir imkanları ilə yanaşı, vacib balıqçılıq potensialına malikdir. Son onilliklər ərzində Ermənistandakı zavodlardan ağır metalların axıdılması nəticəsində çay çirkab mənbəyinə çevrilib və ölkənin şimal-qərb hissəsində yaşayan əhali üçün təhlükəlidir.
Şərhlər: 0
Şərh yaz
