Azinfo » Siyasət » Azərbaycan və Qazaxıstan dünya arenasında daim bir-birini dəstəkləyir

Azərbaycan və Qazaxıstan dünya arenasında daim bir-birini dəstəkləyir

Tarix : 26-08-2022   /   Siyasət  


Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçir.Bu gün ölkəmiz regionun yeganə dövlətidir ki,  Cənab Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti nəticəsində həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
     
 Hazırda dövlətimizin həyata keçirdiyi enerji layihələri,regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formaları  Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Təbii ki, bu uğurların fövqündə Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev durur.Məhz bu uğurlu siyasətin nəticələrindən biri də Cənab Prezident İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının  Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəridir.
     
 Azərbaycan və Qazaxıstan Çar imperiyası və Sovet İttifaqı dövründə vahid mərkəzdən idarə olunublar.Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar  Elə həmin dövrdə də onlar orasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.SSRİ dağıldığından, postsovet məkanında müstəqil dövlətlər yaradıldıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.Sözün əsil mənasında bu münasibətlərin, bu əməkdaşlığın bu səviyyəyə çatmasında  ümummilli liderimiz, həmişəyaşar prezidentimiz Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir.
   
   Qazax xalqı başda cənab Prezident Kasım-Jomart Tokayev olmaqla çox yaxşı bilir ki, cənab Prezident İlham Əliyevin güclü, nüfuzlu rəhbərliyi ilə Azərbaycan social-iqtisadi inkişafında çox böyük uğurlar qazanıb. Elə bu uğurların nəticəsidir ki, qazax xalqı cənab prezidentimiz İlham Əliyevə çox böyük hörmət bəsləyir. Qazax xalqı onu da bilir ki, Cənab Prezident İlham Əliyevin güclü, nüfuzlu rəhbərliyi ilə Azərbaycan Resbublikasının ərazi bütövlüyünün bərpası kimi tarixi əhəmiyyətli vəzifə yerinə yetirib.Bir xalq, millət olaraq  biz də onu bilirik ki, Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
   
   Bütün bunlardan əlavə Qazaxıstanda cənab Prezidentimiz İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada xalqımızı tarixi zəfərə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır,ehtiram bəsləyir,hörmət edirlər.Elə bu ehtiramın, bu hörmətin əlaməti olaraq cənab Prezident İlham Əliyev Qazaxıstanın ən yüksək ordeni olan “ Altın kran” ordeni ilə təltif edildi. Biz də öz növbəmizdə Qazaxstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevə cənab Prezidentimiz İlham Əliyevin əməyini yüksək qiymətləndirdiyinə, Qazaxıstanın ali ordeni ilə təltif etdiyinə görə səmimi qəlbdən təşəkkürümüzü bildiririk.
     
   Biz bu mükafatı özümüzə hörmət əlaməti hesab edirik,bu mükafat əsil liderə,əsl Azərbaycan oğluna, Müzəffər Ali Baş Komandan,cənab Prezident İlham Əliyevə verilməsindən qürur duyuruq.
   
    Arzu edirik ki,etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ,qardaş olan ölkələrimiz,xalqlarımız arasında çoxəsirlik tarixə malik olan münasibətlərimiz möhkəmlənərək güclənsin.


Babayev Rafis Yusif oğlu – Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbi

Şərhlər: 0

Şərh yaz