Azinfo » Siyasət » Prezidentin Kasım – Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü

Prezidentin Kasım – Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü

Tarix : 27-08-2022   /   Siyasət  


Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin 24 avqust 2022-ci ildə Azərbaycana səfəri baş tutmuşdur.  İlham Əliyevlə görüşü ciddi nəticələrlə yadda qalmışdır. Bu nəticələrdən ən əsası müxtəlif sahələrə aid 20-yə qədər sənədin imzalanması olmuşdur. Bu razılaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı olmuşdur. 
       
Qeyd edək ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bir sıra dövlətlər, o cümlədən qardaş Türkiyə oradakı yenidənqurma işlərində iştirak etmək istədiklərini  bildirdilər. Qardaş və dost dövlətlərinbu addımı, əlbəttə, ikitərəfli əlaqələrin inkişafına müsbət təsir bağışlayacaqdır.Eyni zamanda bizi istəməyən tərəflərə ciddi mesaj olduğunu da qeyd edə bilərik. Onlar qardaş və dostlarımızın torpaqlarımızın  azad olunmasına necə sevindiklərini görürlər. Məlum olduğu kimi, həm Bakı, həm də Nursultan Türk Dövlətləri Təşkilatına (TDT) daxildir.Deməli, sözügedən məqam ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı,həmçinin TDT daxilində də əməkdaşlıq mühitinə töhfədir. 
       
Görüşdə məlum oldu ki, Füzulidə Kurmanqazı adına Yaradıcılığn İnkişafı Mərkəzi tikiləcək. Dövlət başçıları Mərkəzin layihəsi ilə tanış olublar. Tokayev həmin layihəni Qazaxıstanın Azərbaycana hədiyyəsi kimi təqdim edib. O qeyd etmişdir ki, bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim  hamımızn məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. 
       
Tokayev bu fikirləri ilə iki mühüm mesaj verib. O, “qardaşcasına münasibət” ifadəsini işlətməklə Azərbaycanla müxtəlif formatlarda əməkdaşlığın bundan sonra da davam edəcəyinə işarə vurub. Həmçinin Qazaxıstan Prezidenti söyləyib ki, biz hamımız Qarabağın bərpası prosesi ilə məşğul oluruq. Əlbəttə, “biz hamımız” deməklə məhz Türk Dövlətləri Təşkilatını nəzərdə tuturdu. O, demək istəyirdi ki, Qarabağ zəfəri bütün türk dünyasını ortaq qələbəsi olmaqla yanaşı, buradakı yenidənqurma işləri də bütün türkdilli dövlətlərin ortaq fəaliyyət platformasıdır. 
     
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2022-ci ili Şuşa ili elan edib. Bu cənnət diyar həm də Türk dünyasının mədəniyyət mərkəzidir.Türküstan isə türk dünyasının qədim, tarixi ənənələrə malik şəhərlərindədir. Deməli,  bu iki şəhərin  qardaşlaması Azərbaycan və Qazaxıstan xalqlarını bir-birinə daha da yaxınlaşdıracaqdır. Beləliklə, əlaqələrimiz bütün sahələrdə daha da güclənəcək. 
       
Deməli, indi atılan ilkin addımlar Türk Dövlətləri Təşkilalatının gələcəyinə hesablanıb. Bütün bu tədbirlərdən belə nəticə çıxarmaq olar ki, Qarabağ ətrafında görülən işlər, əldə olunan razılaşmalar türkdilli dövlətlərin bir-birilərinə daha da yaxınlaşması istiqamətində müstəsna əhəmiyyətə malikdir.

Masallı rayonu Böyük Kolatan kənd tam orta məktəbinin İbtidai sinif müəllimi: İbadova Şərəbanı Valeh qızı

Şərhlər: 0

Şərh yaz