Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə əlaqədar Müasir,müstəqil Azərbaycan dövlətinin təməlini qoyan Ümumilli lider Heydər Əliyevin 1991-ci ilin 3 sentyabrında Naxçıv
90-cı illərin əvvəllərində Azərbaycanın siyasi həyatı olduqca mürəkkəb idi. Bu mürəkkəb vəziyyət ölkənin daxili həyatına da təsirsiz ötüşmürdü. Blokada şəraitində olan Naxçıvanda da sosial-iqtisadi vəziyyət yaxşı deyil. Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu.Belə bir şəraitdə 1991-ci il 3 sentyabr tarixində Heydər Əliyevin Naxçıvan MR Ali məclisin sədri seçildi və bununla da dövlətçilik tariximizdə yeni bir mərhələnin əsası qoyuldu.Həmçinin xalqımizın qəlbində milli dövlətçiliyə qarşı inam hissi yarandı.Heydər Əliyev bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.
Ən ağır günlərini keçirən Naxçıvanın mövcudluğunu qoruyub saxlayan yeganə vasitəçı H.Əliyev oldu.Onun qonşu ölkələrlə xüsusən də Türkiyə ilə qurduğu əlaqələr Muxtar Respublikanın xilasının əsas səbəblərindən biri oldu.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beyvəlxalq nüfuzu artdı.Azərbaycançılıq məfkurəsini siyasi fəaliyyətinin əsas amilləri kimi diqqətdə saxlayan ulu öndər Heydər Əliyevin Azərbaycana dönüşü tarixi hadisə idi. Müdrik siyasəti , dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olan Heydər Əliyev siyasi dühası ilə respublikamızın müasir simasını müəyyənləşdirərək , xalqımızın taleyində silinməz izlər qoymaqla varlığımızın əbədi qarantı oldu.
20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Ulu Öndər Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib, Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Ulu Öndər Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verildi. Həmçinin Sovet ittifaqının saxlanılması üçün kəçirilən saxta referendumda da Naxçıvan Naxçıvan MR Ali Məclisi imtina etdi. Dekabrın 16-da “Dünya türklərinin Həmrəylik və Birlik Günü”nün təsis edilməsi haqqında qərarın qəbul edilməsində H.Əliyev mühüm rol oynamışdı. Çünki onun əsas ideyalarından biri də Dünyanın müxtəlif yerlərində yaşayan milyonlara soydaşımızın amal ətrafında, sıx birləşməsi idi.
Babayeva Elanora
Masallı rayon N.Nərimaniv adına şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi
