Azinfo » Siyasət » Milli dövlətçilikdə yeni nəfəs

Milli dövlətçilikdə yeni nəfəs

Tarix : 03-09-2022   /   Siyasət  

XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan ümummilli lider Heydər Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan Respublikası kimi əzəmətli reallığa

 qovuşdurmuşdur. Azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Cəmiyyətin bütövləşməsi,azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Heydər Əliyevin fəlsəfi baxışlarına görə,azərbaycançılıq milli mənsubiyyəti,milli-mənəvi dəyərləri qoruyub saxlamaqdır.Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi,həm də qoruyub saxlamağı bacaran,dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin təməldir."Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.Həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam.Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini,mədəniyyətini,milli-mənəvi dəyərlərini,adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə,mənəvi birliyinə nail olmuşdur.Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını,xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifədir.Azərbaycançılıq millətindən asılı olmayaraq,özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyinin bünövrəsidir. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin,milli ruhun qorunması,kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsidir.Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş,xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, ,milli cəmiyyətlər yaratmağa səsləmişdir.Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki,Azərbaycan bizim üçün nə edib,düşünün ki,biz Azərbaycan üçün nə etmişik.Onda Azərbaycan da irəli gedər,Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur,əsas odur ki,sən azərbaycanlısan,Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan"., Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş.Ulu öndər özünəməxsus uzaqgörənlik və müdriklikliyi ilə xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki,müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil,həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Qürur doğuran haldır ki, ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Son ildə bu yöndə Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarını önə çəkmiş.Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti,xalqı qarşısında əvəzolunmaz xidmətləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dövləti və xalqı qarşısındakı xidmətləri ölçüyəgəlməzdir.Bütün həyatını Vətəninə,xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir,müstəqil,qüdrətli Azərbaycanı, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir.Azərbaycanın uğurlu gələcəyi naminə uğurlara imza atmasına nail olan dahi şəxsiyyət Heydər Əliyevin “Nə qədər ki, Azərbaycan var,mən də varam.Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi liderin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərinin aydın ifadəsidir.
 

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Həsənova Lətifə

Şərhlər: 0

Şərh yaz