Zəngin qaz yataqlarımızın istismarı enerji strategiyamızın qarantına çevrilib

Azərbaycanın enerji istehsalının əsas hissəsi qaz ehtiyatının payına düşür. Bu isə qısa bir zamanda baş verməmişdir. Məlumat üçün deyək ki, Azərbaycanda qaz yataqlarının səmərəli istismara verilməsi Ümumilli Liderin Sovet Azərbaycanına birinci rəhbərliyi dövründən başlamışdır. Ötən əsrin 70-ci illərində qaz ehtiyatları əvvəlki dövrlə müqayisədə 3 dəfə artmışdır.
Daha sonra bu uğurlu enerji strategiyası müstəqillik illərində də əvvəlcə Ümumilli Lider tərəfindən , daha sonra Prezident İlham Əliyev tərəfinfən uğurla davam etdirilib.
Bunun nəticəsində qısa zaman ərzində Azərbaycanın qaz ehtiyatları artmış, Azərbaycan qazına həm regional, həm də qlobal tələbat artmışdır.
"Şahdəniz" və "Ümid" yataqlarının kəşf olunması ilə ixrac potensialımız ən yüksək həddə çatmışdır. Şahdəniz və Ümid yataqlarının istismarı eyni zamanda Azərbaycanın qaza olan tələbatını ödəməyə də imkan verir.
Hazırda isə Azərbaycanın qaz ehtiyatları 2.6 trilyon kubmetrə çatır. Son 10 il ərzində Azərbaycan qaz ixrac edən ölkə kimi etibarlı tərəfdaş statusunu qazanıb.
Rusiya-Ukrayna müharibəsi fonunda baş verən qlobal prosseslərdən sonra bir sıra qərb ölkələrinin bizimlə əməkdaşlığa marağı daha da artmışdır. Hazırda Avropada Azərbaycan qazına böyük ehtiyac var və biz bundan öz milli maraqlarımıza uyğun şəkildə istifadə edirik.
Çoxşaxəli ixrac imkanlarımız bizim uğurlu qaz nəqlimizi hər hansı təhlükədən, böhrandan sığortalayır və ilbəil qaz ixracımız üçün yeni və səmərəli münasibətlər formalaşır.
Bunlar deməyə əsas verir ki, bizim uğurlu neft-qaz strategiyamız var və bununla yacın gələcəkdə daha böyük uğurlar əldə edəcəyik.
Aytən İsmayılova,
Nizami Bələdiyyəsinin əməkdaşı
Şərhlər: 0
Şərh yaz
