Azinfo » Siyasət » 13 sentyabır tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorikanın cavablandırılması ilə əlaqədar.

13 sentyabır tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorikanın cavablandırılması ilə əlaqədar.

Tarix : 16-09-2022   /   Siyasət  

         

 

 

Azərbaycan və Ermənistan arasında 2020- ci il noyabırın 10-da “Bəyannamə” imzalandı. Bəyannaməyə əsasən, Ermənistan ordusu Azərbaycan ərazisindən çıxmalı, təhlükəsizlik qaydalarına əməl etməli, Azərbaycanın azad etdiyi ərazilərə müdaxilə etməməli idi. Amma çox keçmədən Ermənistan bu bəyannamənin şərtlərini pozmağa cəht etdi. Nisbi sakitlik atəş səsləri ilə əvəzləndi.Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədi ilə növbəti dəfə Ermənistanın  hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb.



 Azərbaycan və Ermənistan sərhəddində humanitar atəşkəs elan olunmasına baxmayaraq, sərhəddə vəziyyət gərgin olaraq qalır. İki ölkə arasında sentyabırın 12-si axşamından bər döyüşlər baş verib. Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində gərginlik yaşandı.Həmin ərazilərdə döyüşlər nəticəsində hər iki tərəfdə itkilər oldu.


“Sülh naminə çətin qərarlar verməyi öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistan Respublikasının dövlət maraqlarına zidd olan qərarlar demək deyil. Biz o sülh Müqaviləsi adlı sənədi imzalaya bilmərik ki,onun nəticəsində 6 aydan sonra yeni müharibə başlasın.Biz kağıza imza atmağa hazırıq, ona görə bir çoxları bizi söyəcək, bizi satqın adlandıracaq, xalq bizi hakimiyyətdən qovmaq qərarına gələ bilər, ammabiz yenə də minnətdar olarıq ki, bunun nəticəsində Ermənistan öz 29840 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə etsin” Paşinyan parlamentdə çıxışı zamanı deyib. Eyni zamanda bildirib ki, Ermənistan indi də təcavüzə məruz qalır. Buna görə də, ordumuz cavab atəşi verir.Paşinyan bu fikirləri ilə mediyanı özünə cəlb edir,ölkəni yazıq durumuna salırdı. Əslində   sülh müqaviləsinə əməl etməyən məhz Nikol Paşinyan özüdür.


Ermənistan Silahlı Qüvvələri sentyabrın 13- dən 14-nə keçən gecə Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində yerləşən bölmələrinin müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub . Qarşılıqlı atışma nəticəsində Ermənistanın 105, Azərbaycanın isə 71 hərbiçisi həlak olub. Allah şəhidlərimizə rəhmət etsin. QARABAĞ AZƏRBAYCANDIR!

 

 

Hüseynhaclı kənd tam orta məktəbi

Azərbaycan dili və ədəbiyyat müəllimi

Qasımova Aysel Mahir qızı.

         

Şərhlər: 0

Şərh yaz