Azinfo » Siyasət » 13 Sentyabr tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorinkanın cavablandırılması.

13 Sentyabr tarixli hadisələrin ətrafında radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorinkanın cavablandırılması.

Tarix : 18-09-2022   /   Siyasət  


 

 

Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın “Kəlbəcər,Laçın,Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bütün dünyaya bir daha sübut etdi ki, Ermənistan öz məkirli oyunlarından əl çəkmir.


Regionda sülhün bərqərar olması üçün atılan addımlar Ermənistan tərəfdən dəstəklənmir. Bu bir daha sübut edir ki, regionda yaranan reallıqları Ermənistan həzm etmək istəmir.


 Artıq hamıya məlum oldu ki, Ermənistan təxribat törətməkdə israrlıdır və Ermənistana bu işdə dəstək olan və törədilən cinayətlərə göz yuman bəzi ölkələr regionun inkişafını istəməyən qüvvələrdir.


 Azərbaycan tərəfi ölkəmizdə siyasi sabitliyi qoruması, bütün regionda davamlı inkişaf prosesinin getməsinə zəmanət verdiyi halda, Ermənistan öz revanişt niyyətlərindən əl çəkmir.


Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə məne olmağa çalışır. Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kompaniya aparır. Lakin Ermənistan dövləti unudur ki, Prezident İlham Əliyevin hərbi-quruculuq istiqamətində atdığı addımlar çox əhəmiyyətlidir.


Azərbaycan xalqı öz ordusuna güvənir. Hansı ki bu ordu Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin, demək olar ki, 80 faizini sıradan çıxartmış, döyüş meydanında qoyub qaçdıqları hərbi texnikalarını qənimət kimi götürmüşdür.


Düşmən tərəfi anlamalıdır ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu torpaqlar heç vaxt Ermənistana məxsus olmayıb. Hazırda Azərbaycan ordusu peşəkar hərbi qulluqçuları ilə vətənin keşiyində dayanıb. Ermənistan tərəfi birdəfəlik başa düşməlidir ki,   “Dəmir yumruq” yerindədir, onu heç bir qüvvə yox edə bilməz. 


Hərbi qulluqçularımız yaşından və rütbəsindən asılı olmayaraq törədilən hər bir təxribata layiqincə cavab vermək gücündədir. Rəşadətli Azərbaycan ordusu verdiyi hər bir şəhidin qanını layiqincə almağı  bacarır.


Cəphə xəttində törədilən təxribatların qarşısı alınarkən Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda canlı qüvvə və texnika məhv edilmişdir. 


  Biz ordumuza güvənirik və bilirik ki, onlar vətənin hər bir qarış torpağı uğurunda canından keçməyə hazırdır.


 Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifəsini yüksək hərbi bacarıqla yerinə yetirərkən şəhid olmuş igid oğullarımızın ruhu qarşısında baş əyirik, onların doğmalarına Allahdan səbir diləyirik .Şəhidlər ölmür, onlar biim qəlbimizdə əbədi yaşayır.

 

 

 

Ş.Xəlilova 

S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi.

Şərhlər: 0

Şərh yaz